Ərəb müğənni mahnıya görə həbsxanaya düşdü VİDEO FOTO


Digərləri 03 Mar 2018 17:12:00 290 0

Ərəb müğənni mahnıya görə həbsxanaya düşdü  VİDEO  FOTO

Misirin məşhur müğənnilərindən olan Leyla Amer "Bos Omk" ("Anana bax") mahnısının klipinə görə 2 il müddətinə azadlıqdan məhrum olunub.

O, "əxlaqsızlığın və tərbiyəsizliyin təbliğatında" suçlanıb.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, Giza şəhər məhkəməsinin qərarında bildirir ki, mahnını adı olan "Bos Omk" ifadəsi ərəb dilində ana söyüşü olan "kos omak" ifadəsinin dəyişdirilmiş formatıdır.

"Videoklipdə həmin ana söyüşünün videoobrazını yaradan kadrlar, yarıçılraq rəqqasənin rəqsi və s. var", - qərarda deyilir.


Xəbərə aid fotolar