Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb


Digərləri 03 Mar 2018 16:13:00 233 0

Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb

Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb.

Bakı. Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib.