Paralimpiya çempionumuzun posterəri "Heathrow" hava limanına vurulacaq
İdman 03 Mar 2018 15:52:00 286 0
Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin fotoları əks olunan posterlər İngiltərənin paytaxtı Londondakı "Heathrow" hava limanına vurulacaq. Goalaz xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli açıqlama verib. O bildirib ki, posterlər hava limanında martın 9-dan nümayiş etdirilməyə başlayacaq. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İlham Zəkiyev həm də 2 qat dünya, 6 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.
Mənbə: goal.az