Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib


Digərləri 03 Mar 2018 15:57:09 232 0

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bakı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi. Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm. Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin