Lavrov dünya birliyini Somaliyə köməyə çağırdı


Digərləri 03 Mar 2018 15:48:00 221 0

Lavrov dünya birliyini Somaliyə köməyə çağırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünya ictimaiyyətini Somali ordusunu möhkəmləndirməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, rusiyalı diplomat bəyan edib ki, regionda fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması ilə mübarizədə Somali ordusuna və Afrika birliyinə təcili kömək lazımdır.

Lavrov əlavə edib ki, Afrika regionunda narkotik vasitələrin dövriyyəsi, ərazi mübahisələri, dəniz quldurluğu ilə mübarizə hərbi xərclərin artırılmasını zəruri edir.