Millimizin üzvü komandasının məğlubiyyətinə şahidlik etdi


İdman 03 Mar 2018 14:32:00 282 0

Millimizin üzvü komandasının məğlubiyyətinə şahidlik etdi

Hollandiya I Divizionunda 27-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Waalwijk” doğma meydanda “NEC Nijmegen”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Kökçü start heyətdə oyuna başlayıb və matçın 62-ci dəqiqəsində əvəzlənib. “Waalwijk” hazırda 24 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.