Bakıda kənd təsərrüfatı satışyarmarkaları fəaliyyətə başladı ÜNVANLAR FOTO


Digərləri 03 Mar 2018 14:18:00 265 0

Bakıda kənd təsərrüfatı satışyarmarkaları fəaliyyətə başladı  ÜNVANLAR  FOTO

Novruz bayramı ərəfəsində paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti satış-yarmarkaların təşkilinə start verib.

Son.az Trend-ə istinadən bildirir ki, yarmarkalar Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 59 (Təzə bazarın aşağı hissəsi), Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 207 ("İdeal" şadlıq sarayının yanı) ünvanlarında təşkil olunur. Həmçinin, Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı) və Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında yarmarkalar keçiriləcək.

Yarmarkalarda əhaliyə təklif olunan məhsullar ASC-nin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilati dəstək verilib.


Xəbərə aid fotolar