Neymar "Qızıl top"a grə 1 milyon avro bonus qazana bilər


İdman 03 Mar 2018 13:50:00 313 0

Neymar "Qızıl top"a grə 1 milyon avro bonus qazana bilər

PSG-nin hücumçusu Neymarla "Nike" şirkəti arasında imzalanan müqavilənin maliyyə detalları Braziliya mətbuatına sızıb. Anlaşma 2011-ci ildə bağlanıb və 2022-ci ilə kimi qüvvədədir. Goal.az xəbər verir ki, müqavilədə şəxsi və komanda uğurlarına görə Neymara bonuslar ödənilməsi nəzərdə tutulub. Dünya çempionatının ən yaxşı futbolçusu və ya turnirin bombardiri olmaq ona 200 min avro qazandıracaq. "Sambaçı" mundialın qalibi olsa, əlavə 40 min avro bonus alacaq. "Qızıl top"a sahib çıxmaq Neymarın şəxsi büdcəsini 1 milyon avro zənginləşdirəcək. Ulduz futbolçunun sonrakı analoji mükafatlarına görə bonusun həcmi də artacaq. Məsələn, 2-ci "Qızıl top" 2, 3-cü 3, 4-cü isə 4 milyon avro bonus deməkdir.