"Milan"ın maliyyə zərərləri azalıb


İdman 03 Mar 2018 13:33:00 270 0

"Milan"ın maliyyə zərərləri azalıb

"Milan" klubunun 2017-ci ildə üzləşdiyi zərərlər əvvəlki illə müqayisədə 39,4 milyon avro azalıb. Goal.az xəbər verir ki, bu barədə klubun yaydığı maliyyə hesabatında bildirilir. Həmin sənədə əsasən, ötən il "qırmızı-qaralar"ın zərərləri 22,3 milyon avro təşkil edib. Əvəzində klubun maliyyə dövriyyəsi 2,6 milyon avro artaraq 110,8 milyon avroya çatıb. Ümumi borc isə 178,3 milyon avrodan 165,3 milyon avroya enib. "Elliott Group"un istiqrazlar üzrə ödəmələri 2,5 milyon avrodan 9,8 milyon avroya yüksəlib. Lakin "Milan" rəhbərliyi "Bank of America Merrill Lynch"in köməkliyi ilə bu istiqrazın yenidən maliyyələşdirilmə məsələsini həll edib.

Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 26 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" İtaliya Kubokunda finala, Avropa Liqasında 1/8 finala yüksəlib.