Direktor müavini 15 yaşlı şagirdini həyətin ortasında zorladı, hamilə qoydu və...


Digərləri 03 Mar 2018 13:15:00 300 0

Direktor müavini 15 yaşlı şagirdini həyətin ortasında zorladı, hamilə qoydu və...

Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Elnur İbrahimov Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində dərs hissə müdiri-direktor müavini vəzifəsində işləyib. Onun təcavüz etdiyi 2000-ci il təvəllüdlü Sahibə Babayeva (ad və soyad şərti verilib - red.) da həmin məktəbin şagirdi olub.

Gecə vaxtı intim münasibət

İstintaq sənədlərinə görə, Elnur İbrahimov 2015-ci ilin iyun ayında orta məktəbin 9-cu sinfini bitirən, yəni yetkinlik yaşına çatmayan Sahibə Babayeva ilə intim münasibətdə olub.

Müəyyən edilib ki, Elnur İbrahimov 2015-ci ilin sentyabr ayının ortalarında gecə vaxtı Sahibə Babayevanın yaşadığı evin həyətinə gəlib. O, həmin evin həyətində Sahibə Babayeva ilə cinsi əlaqədə olub.

Müəllimindən hamilə qaldı

Bir neçə aydan sonra Sahibə Babayeva hamilə qalıb. Xəstəxanadan qızın hamilə qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müraciət əsasında Elnur İbrahimov cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı tərəfindən Elnur İbrahimovun barəsində Cinayət Məcəlləsinin 152.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

5 il 6 ay cəza

Şamaxı rayon Məhkəməsinin hökmü ilə Elnur İbrahimov 2 il 6 ay müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Cəza 1 ilə endirildi