"Real"ın futbolçusu məhkəməyə yalan ifadə verib


İdman 03 Mar 2018 12:50:00 288 0

"Real"ın futbolçusu məhkəməyə yalan ifadə verib

"Real Madrid" və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modric Zaqreb "Dinamo"sunun eks prezidenti Zdravko Mamiçlə bağlı məhkəməyə yalan ifadə verməkdə ittiham olunur. Goal.az xəbər verir ki, onun 2015 və 2017-ci ildəki ifadələri bir-birinə uyğun gəlməyib. Xorvatiya prokurorluğu bunu sübut etsə, futbolçunu 6 aydan 5 ilə qədər həbs cəzası gözləyəcək. Zdravko Mamiç 20 min avro vergidən yayınmaqda təqsirləndirilir. Bu mövsüm "Real"da 30 oyuna çıxan Modric 2 qol, 3 məhsuldar ötürmənin müəllifidir.