Azərbaycanda halal turizm standartları tətbiq olunacaq


Digərləri 03 Mar 2018 12:33:00 273 0

Azərbaycanda halal turizm standartları tətbiq olunacaq

Hazırda Azərbaycanda halal turizm standartlarının hazırlanması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işlər aparılır.

Son.az xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Şöbə müdiri qeyd edib ki, belə standartların olması çox lazımdır: "Biz görürük ki, müsəlman ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ilbəil artır. Ona görə də halal turizm standartlarının yaradılması vacibdir". Lakin nazirlik rəsmisi bu standartarın nə vaxt hazırlanıb tətbiq ediləcəyini açıqlamayıb.

Qeyd edək ki, Azərbaycanda halal turizm standartlarının hazırlanacağı ilə bağlı fikirlər bir ildən çoxdur ki, səslənir. Rəsmilər belə zərurətin Azərbaycana son illər xüsusən ərəb ölkələrindən olan turistlərin kütləvi axınından sonra ortaya çıxdığını deyirlər. Xatırladaq ki, dünyada qəbul edilmiş halal turizm standartlarına əyləncə mərkəzlərində xanımlar və bəylərə fərqli xidmətlərin göstərilməsi, yeməklərin tərkibinə donuz ətinin daxil edilməməsi, hamam, tualet otaqlarına qoyulan normalar gözlənilməsi, kişi və qadınlar üçün ayrıca su hovuzlarının olmalı, açıq və ya qapalı üzmə hovuzları yeganə olduqda kişi-qadın növbəsi müəyyən edilməsi, 6 yaşdan yuxarı uşaqların cinsi fərqliliyinə riayət edilməsi, masaj otaqlarında kişilərə kişinin, qadınlara qadının xidmət göstərməsi və s. tələblər daxildir.