Britaniyada şaxta macərası: qatarda 10 saatlıq "əyləncə" VİDEO FOTO


Digərləri 03 Mar 2018 12:29:00 299 0

Britaniyada şaxta macərası: qatarda 10 saatlıq "əyləncə"  VİDEO  FOTO

"Emma" tropik tsiklonunun vurduğu, nəqliyyatın iflic olduğu Britaniyada əylənənlər də var.

Son.az Metro-ya istinadən bildirir ki, Niki Marselin-Horn iki həmkarı ilə birlikdə qatarda Londondan Pula gedirdi. Qatar dəmir yollarındakı qar və buz səbəbindən dayanıb.

10 saat qatarda qalan Niki digər sərnişinlərlə birlikdə vaqonda əyləniblər.

20 sərnişinə bir qədər sonra qatarın maşinisti də qoşulub.

Vaqonda qəflətən işıq sönəndə sərnişinlərdən biri "Happy Birthday" oxumağa başlayıb.


Xəbərə aid fotolar