Zaurla Günayın verilişi bağlandı? FOTO


Digərləri 03 Mar 2018 12:07:00 388 0

Zaurla Günayın verilişi bağlandı?  FOTO

Hər həftənin şənbə günləri saat 9-dan etibarən ATV ekranlarında aparıcı Zaur və  Günay Baxşəliyevanın olduğu "Zaurla Günaydın" bu gün efirə getməyib.

Son.az xəbər verir ki, cütlüyün proqramının əvəzinə sözügedən zamanda hind filmi yayımlanıb.

Bunun səbəbinin dünən martın 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın nəticəsində 25 insanın öldüyü hadisə olduğu iddia edilir.

Qeyd edək ki, MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov dünən "Televiziya və radio kanallarında əyləncəli verilişlər yalnız rəsmi matəm günündə dayandırılır" açıqlamasını verib.


Xəbərə aid foto