Elton Con səhnədə söyüş söydü:


Digərləri 03 Mar 2018 10:28:00 278 0

Elton Con səhnədə söyüş söydü:

Dünyanın ən məşhur sənətçilərindən biri, britaniyalı müğənni və bəstəkar Elton Con səhnədə söyüş söyüb, fanatını qovub, sonra özü səhnəni tərk edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, insident ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşanıb.

70 yaşlı E.Con "Colosseum"un səhnəsində "Saturday Night's Alright For Fighting" mahnısını royal arxasında əyləşərək oxuyurdu.

Mahnının ifasının başa çatmasına az qalmış bir qrup tamaşaçıya səhnəyə qalxmağa icazə verilib.

Fanatlar E.Conu əhatəyə alaraq onunla birlikdə oxumağa başlayıblar.

Lakin vəcdə gəlmiş fanatlar emosiyalarına nəzarət edə bilməyiblər və əllərini uzadaraq E.Cona toxunmağa çalışıblar.


Xəbərə aid fotolar