BakıQuba yolunda ahıl kişini avtomobil vuraraq qaçıb


Digərləri 03 Mar 2018 08:28:00 269 0

BakıQuba yolunda ahıl kişini avtomobil vuraraq qaçıb

Yaralı yol kənarında huşsuz vəziyyətdə aşkar edilib

Bakı-Quba yolunun 11-ci km-də piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində 1952-ci il təvəllüdlü Novruzov Yusif Eyyub oğlu yol kənarında huşsuz vəziyyətdə aşkar edilib.

O, təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.