Konqoda etnik zəmində toqquşma: 49 ölü


Dünya 03 Mar 2018 08:18:00 314 0

Konqoda etnik zəmində toqquşma: 49 ölü

Toqquşma əkinçilər və maldarlar arasında baş verib

Konqo Demokratik Respublikasında etnik zəmində baş verən toqquşma nəticəsində 49 nəfər ölüb, daha onlarla insan yaralanıb.

Son.az "Report"a istinadən bildirir ki, martın 1-dən 2-nə keçən gecə lenda xalqının radikal baxışlı nümayəndələri əlbir olduqları şəxslərlə birgə İturi əyalətinin Maze kəndinə hücum etmək istəyiblər, lakin təhlükəsizlik qüvvələri onların bu cəhdinin qarşısını alıb.

Bir müddətdən sonra yaraqlılar daha da möhkəmlənərək yenidən qayıdıblar və bu zaman toqquşma baş verib.