Bill Qeyts: “Kriptovalyutalar təhlükəlidir”


Digərləri 03 Mar 2018 08:05:00 282 0

Bill Qeyts: “Kriptovalyutalar təhlükəlidir”

"Microsoft" korporasiyasının təsisçisi və milyarder Bill Qeyts "Reddit" xəbərlər saytında keçirilən "AMA" (Ask Me Anything - "Mənə istədiyin sualı ver") sessiyasında istifadəçilərin suallarını cavablandıraraq yeni texnologiyalar, blokçeyn və şəxsi həyatı barədə söz açıb.   Son.az ICTnews-a istinadən bildirir ki, milyarderə verilən ən aktual suallardan biri kriptovalyutalara aid olub. B.Qeyts qeyd edib ki, rəqəmli pullarda əksər insanları onların anonimliyi cəlb edir. Lakin onun fikrincə, bu, heç də ürəkaçan deyil. "Hazırda kriptovalyutadan internetdə tez-tez narkotiklərin alışı üçün istifadə olunur, o isə ölüm yayır"- məşhur sahibkar bildirib. Bundan başqa, B.Qeyts digər amerikalı iş adamı İlon Maskın vakuum qatar layihəsini tənqid edib. "Elektromobillər və avtonom avtomobillərdən fərqli olaraq "Hyperloop" layihəsi mənasızdır", - biznesmen vurğulayıb.   Həmçinin milyarder şəxsi həyatına aid bir sıra suallara cavab verib. O etiraf edib ki, alkoqol qəbul etmir (beysbol oyunu zamanı az pivə istisna olmaqla), biznesdəki uğurlarından razıdır və hazırda yaxşı ata olmaq üçün çalışır.      Qeyd edək ki, "AMA" sessiyası "Reddit" saytında populyar formatdır. Sessiya çərçivəsində məşhur şəxslər sayt istifadəçilərinin suallarına cavab verirlər.