"Ağıllı" kamera satışa çıxarılıb


Digərləri 03 Mar 2018 07:51:00 331 0

"Ağıllı" kamera satışa çıxarılıb

"Google" şirkəti geyimdə bəzək qismində daşınıla bilən "Clips" adlı yığcam kameranın satışına start verib. Sözügedən cihazın əsas özəlliyi avtomatik çəkiliş funksiyasına malik olmasıdır: cihaz komanda verilmədən şəkillər çəkə bilir, yaxud kadr üçün maraqlı görüntü olan kimi özü videoçəkilişə başlayır.

Son.az ICTnews-a istinadən bildirir ki, kamera 12 meqapiksel təsvir ölçülü sensor və saniyədə 15 kadr sürəti ilə videoçəkiliş imkanı, 130 dərəcə baxış bucağına malik obyektiv, 16 QB-lıq fləş yaddaş, "USB Type-C" portu, "Wi-Fi" və "Bluetooth LE" modulları ilə təchiz edilib. Daxili akkumulyator 3 saatlıq fasiləsiz iş üçün nəzərdə tutulub. Cihazın ölçüsü 49x49x20 mm, çəkisi isə 60,5 qr təşkil edir.