Yevlaxda 2 ədəd tank əleyhinə qumbara tapılıb (FOTO)


Digərləri 03 Mar 2018 01:25:12 270 0

Yevlaxda 2 ədəd tank əleyhinə qumbara tapılıb (FOTO)

Yevlax ərayonunda 2 ədəd mərmi tapılıb.

Bakı. Yevlax ərayonunda 2 ədəd mərmi tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata əsasən, 02 Mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Yevlax rayonu, Yuxarı Salamabad kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.