Yevlaxda zibillikdən 2 ədəd tank əleyhinə reaktiv qumbara tapılıb


Sosial 03 Mar 2018 01:04:52 356 0

Yevlaxda zibillikdən 2 ədəd tank əleyhinə reaktiv qumbara tapılıb

Əraziyə ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu cəlb olunub

Ötən gün Yevlax rayonunun Yuxarı Salamabad kəndi ərazisində 2 ədəd mərmi tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə reaktiv qumbara (RPQ-18) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş qumbaraların ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.