Rio-de-Janeyroda banka silahlı hücum olub, girov götürülənlər var


Dünya 03 Mar 2018 00:48:26 313 0

Rio-de-Janeyroda banka silahlı hücum olub, girov götürülənlər var

Hadisə yerinə xüsusi əməliyyat batalyonunun nümayəndələri cəlb olunub

Rio-de-Janeyroda silahlı şəxslər bank şöbələrindən birinə hücum edərək insanları girov götürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Globo" telekanalı məlumat yayıb.

Onun məlumatına görə, hadisə şəhərin şimal hissəsində yerləşən Madureyra rayonu ərazisində baş verib. Hadisə yerinə xüsusi əməliyyat batalyonunun nümayəndələri cəlb olunub.