Sabirabadda zəncirvari yol qəzası baş verib, biri polis olmaqla 4 nəfər xəsarət alıb


Sosial 02 Mar 2018 23:56:21 302 0

Sabirabadda zəncirvari yol qəzası baş verib, biri polis olmaqla 4 nəfər xəsarət alıb

Hadisə rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb

Sabirabad rayonunda zəncirvari qəza nəticəsində 4 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

Biri “VAZ-2017”, ikisi “Mercedes” markalı avtomobil olmaqla zəncirvari qəza hadisəsi baş verib. Hadisə zamanı İmişli sakinləri, 1961-ci il təvəllüdlü Məmmədova Sayad Böyükkişi qızı, 1987-ci il təvəllüdlü Məmmədova Aybəniz Ələsgər qızı, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Eyvaz oğlu və 1990-cı il təvəllüdlü Yusif adlı polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yusif adlı şəxsin vəziyyəti ağır olduğundan, o, Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.