Süd vəzi xərçəngindən necə qorunmaq olar?


Digərləri 02 Mar 2018 22:44:00 252 0

Süd vəzi xərçəngindən necə qorunmaq olar?

Son.az saglamolun.az-a istinadən həkim-radioloq (USM) Sevinc Musayevanın yazısını təqdim edir.

Süd vəzi xərçəngi qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür.

Son illərdə bu xəstəliyin yayılma tezliyi qadınlar arasında artmaqdadır.

Təəssüf ki, bir çox qadınlar həkimə xərşəngin gecikmiş mərhələlərində müraciət edir ki, bu da müalicəni xeyli çətinləşdirir.

Erkən diaqnoz! Ən başlıca amil biz həkimlərin, tibb işçiləri, tibb personalının və bütün səhiyyə təşkilatının insanlarımızın bu terminin nə qədər önəmli olduğunu anlamalarıdır. 

Xərçəng indi deyil, qədim zamanlardan (3000 il əvvəl İmxotema, 400 il bundan əvvəl Hippokrat və s.) mövcuddur. Şiş "xərçəng"ə bənzədiyindən ona məhz bu ad ("karkinos" latın dilində "xərçəng" deməkdir) verilib.

Hal-hazırda alimlər şiş hüceyrələrinin əmələ gəlmə səbəblərini araşdırmağa çalışır. Digər xərçəng növləri kimi süd vəzi xərçəngi də çox aqressivdir.

Bu xəstəlik genetik olaraq ötürülə bilər. 10% hallarda isə nəsildən nəslə ötürülür və genetik mutasiyaların  hesabına əmələ gəlir (BRCA1 və BRCA2).

Bu xəstəliyə tək qadınlar arasında deyil, kişilər arasında da rast gəlinir. Sayına görə 1%  hallarda kişilər arasında təsadüf edilir. Kişilərdə süd vəzi xərçənginin səbəbi yuxarıda adı çəkilən BRCA2 genetik mutasiya, stress, travma, piylənmə, hormonal pozğunluqdur.

Şişin əmələ gəlməsi bir neçə fazadan ibarətdir: şişin əmələ gəlməsi, böyüməsi, ətraf toxumalara  yayılması (və ya invaziyası). Bunlar hamısı hüceyrə genomundan asılıdır.

Süd vəzi xərçənginin əmələ gəlmə səbəbləri:

1. Esterogenlərin (qadın cinsi hormonları) artması;

2. Aybaşı pozğunluğu;

3. Qalxanvari və böyrəküstü vəzilərinin funksiyasının pozulması;

4. Abort;