Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi Yeni qayda təsdiqləndi VİDEO


Digərləri 02 Mar 2018 21:29:00 290 0

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi  Yeni qayda təsdiqləndi  VİDEO

Nazirlər Kabineti "Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası"nı təsdiqləyib.

Son.az bildirir ki, Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər. Ekspert Elnur Əliyev bildirir ki, bu cür təlim qruplarının yaradılması savadlılıq səviyyəsinin artırılması üçün böyük əhəmiyyətə malikdir.

Ailə tipli təlim qrupları yaradılacaq əraziyə ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinin struktur bölməsi kimi təşkil olunur və həmin müəssisənin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Elnur Əliyev bildirir ki, məktəbəqədər təlimdən keçən uşaqlarla bu təlimdən kənarda qalanlar arasında məktəb dərsliyini qavramaqda ciddi fərqlər mövcuddur. Bu layihə ilə həmin fərq aradan qalxacaq.

Ailə tipli təlim qrupları 1,5 yaşdan 6 yaşadək 3 və daha çox uşağı olan ailələrdə təşkil olunur. Çoxuşaqlı ailədə 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupu təşkil edilir. Ailə tipli təlim qrupları uşaqların təlimini, tərbiyəsini, sağlamlığını təmin edir, onlara qulluğu və nəzarəti həyata keçirir. Ailə tipli təlim qruplarında uşaqların sayı 7 nəfər müəyyənləşdirilir.