Bakı küçələrində "kamikadze" velosipedçilər VİDEO


Digərləri 02 Mar 2018 21:08:00 204 0

Bakı küçələrində "kamikadze" velosipedçilər  VİDEO

Bakıda kamikadze velosipedçilər peyda olub. Sosial şəbəkələrdə yayılan görüntülər bunu deməyə əsas verir. İki velosipedçi paytaxt küçələrində elə təhlükəli manevrlər edir ki, video-görüntüyə baxdıqda bunun sonunun qəzasız ötüşəcəyini düşünmək mümkün deyil.

Son.az bildirir ki, görüntülər sosial şəbəkələrdə də qısa bir zamanda sürətlə yayılıb. Velosiped İdmanı Federesayısından isə bildirirlər ki, həmin velosipedçilər federasiyanın üzvləri deyil. Lakin onların etdiyi bu təhlükəli hərəkətlər ölkədə velosiped idmanının imicinə zərbə vurur.

Federesiyanın mətbuat katibi Pərviz Musayevin sözlərinə görə, velosipedçilərlə bağlı onlar da axtarış aparırlar.