DTXnın Heydər Əliyev adına Akademiyasının idmançıəməkdaşlarının, idman ictimaiyyətinin və fəallarının konfransı çağırılıb FOTO


Digərləri 02 Mar 2018 20:59:00 481 0

DTXnın Heydər Əliyev adına Akademiyasının idmançıəməkdaşlarının, idman ictimaiyyətinin və fəallarının konfransı çağırılıb  FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nəzdində yaradılmış Velosiped idman klubunun (VİK) fəaliyyətinin təşkili və klubun idarəetmə orqanlarının formalaşdırılması məqsədilə Akademiyanın idmançı-əməkdaşlarının, idman ictimaiyyətinin və fəallarının konfransı çağırılıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən Son.az-a verilən məlumata görə, konfransda vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Velosiped idman növünün veteranı Əli Xəlfəyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər əməkdaşları və dəvət olunmuş digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Konfransda ölkəmizdə velosiped idman növünün inkişaf tarixi və keçdiyi yola nəzər salınıb, möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində DTX-nin təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə də xüsusi diqqət yetirildiyi qeyd olunub. Həmçinin DTX-də şəxsi heyətin idmanla məşğul olması və fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şəraitin yaradıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, Velosiped idman klubu DTX əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan maraq nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib. 2017-ci il dekabrın 24-də isə VİK-in əsasnaməsi təsdiq edilib və Bakı şəhər Gənclər və İdman Baş İdarəsində idman təşkilatı kimi qeydiyyata alınıb.

Sonra səs hüquqlu nümayəndələrin əksəriyyətinin iştirak etdiyi konfransda gizli səsvermə yolu ilə VİK-in İdarə heyətinin və Təftiş komissiyasının üzvləri seçiliblər. İdarə heyətinin ilk iclasında səs çoxluğu ilə dəfələrlə velosiped idmanı növü üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov VİK-in İdarə heyətinin sədri seçilmiş, həmçinin klubun emblemi, döş nişanı, üzvlük vəsiqəsi, eləcə də təltifləri haqqında əsasnamələr və təsvirləri açıq səsvermə yolu ilə təsdiq edilmişdir.


Xəbərə aid fotolar