Türkiyənin tanınmış modelləri Bakıya gəliblər


Digərləri 02 Mar 2018 20:21:53 156 0

Türkiyənin tanınmış modelləri Bakıya gəliblər

Onlar “Dosso Dossi Fashion Show” dəfiləsində iştirak ediblər

Türkiyənin tanınmış modelləri “Dosso Dossi Fashion Show” dəfiləsində iştirak etmək üçün Bakıya gəliblər.

"Report" xəbər verir ki, dəfilədə Türkiyənin Çağla Şikel, Özge Ulusoy, Vilma Elles və Günay Musayeva kimi tanınmış top-modelləri iştirak ediblər.

Modellər geyimləri təqdim etdikdən sonra dəfilə xalq artisti Faiq Ağayevin ifası ilə yekunlaşıb.

Daha sonra onlar medianın suallarını cavablandırıblar. Günay Musayeva podiumda olarkən çıxılmaz vəziyyətə düşdüyünü etiraf edib: "Sona yaxın kiçik problem yarandı. Ayaqqabılarım sürüşməyə başladı. Amma hər şey yaxşı bitdi. İştirakçılara təşəkkürümü bildirirəm".

Modellər şəhəri gəzə bilmədiklərini, yemək yedikdən sonra axşam saatlarında Azərbaycanı tərk edəcəklərini bildiriblər.