"Manchester City"nin müdafiəçisi mövsümü erkən başa vurdu


İdman 02 Mar 2018 20:10:00 279 0

"Manchester City"nin müdafiəçisi mövsümü erkən başa vurdu

"Manchester City"nin qışda "Everton"a icarəyə verdiyi elyakim Manqala mövsümü erkən başa vurub. Goal.az xəbər verir ki, bu barədə Liverpul klubunun baş məşqçisi Sem Ellardays məlumat verib. Onun sözlərinə görə "şəhərlilər" Manqalanın reablitasiyasını "Everton"ın öhdəsinə qoyub.

26 yaşlı müdafiəçi Premyer Liqanın 27-ci turunda "Crystal Palace" klubuna qarşı matçda zədələnmişdi. Daha sonra fransalı futbolçu əməliyyat olunmuşdu.