Nursultan Nazarbayev prezident İlham Əliyevə başsağlığı verib


Siyasət 02 Mar 2018 19:47:00 231 0

Nursultan Nazarbayev prezident İlham Əliyevə başsağlığı verib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım.

Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm.

Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Son.az