Binəli Yıldırım prezident İlham Əliyevə başsağlığı verib


Siyasət 02 Mar 2018 19:48:13 268 0

Binəli Yıldırım prezident İlham Əliyevə başsağlığı verib

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir: "Hörmətli Prezident. Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik.

Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm".

Son.az