Putin 3 azərbaycanlıya Rusiya vətəndaşlığı verib


Dünya 02 Mar 2018 19:30:00 258 0

Putin 3 azərbaycanlıya Rusiya vətəndaşlığı verib

Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyası vətəndaşlığına qəbul olunma və vətəndaşlıqdan çıxarılma haqqında" sərəncam imzalayıb.

Son.az report.az-a istinadən bildirir ki,  vətəndaşlıq ümumilikdə 73 nəfərə verilib. Onların arasında 3 azərbaycanlı da var. Bunlar 16 yanvar 1975-ci ildə doğulmuş Ağayeva Elmira Alman qızı, 15 noyabr 1974-cü ildə anadan olmuş Qarayev Sabir Temirxan oğlu (övladları - 16 dekabr 2005-ci ildə doğulmuş Süleyman, 15 dekabr 2008-ci ildə doğulmuş Mehman və 14 yanvar 2015-ci ildə doğulmuş Mehdi ilə birgə) və 2 aprel 1980-ci il təvəllüdlü Mürsəlov Elxan Zakir oğludur.