Yunus Oğuz: "Mən tarixi təhrif edə bilmərəm" FOTO


Digərləri 02 Mar 2018 19:00:00 373 0

Yunus Oğuz: "Mən tarixi təhrif edə bilmərəm"  FOTO

Nizami Cəfərov: “Yunus Oğuzun xoşbəxtliyi bir də ondan ibarətdir ki, o tarixi romanlarını müstəqil, milli Azərbaycan dövlətinin vətəndaşı kimi yazır”

Martın 2- də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində keçirilən "İmzalı görüş" layihəsi üzrə "Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin baş redaktoru, yazıçı - publisist Yunus Oğuzla gənclərin görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı "Mədəni maarifləndirmə" proqramı çərçivəsində fondun gördüyü işlər haqqında iştirakçılara məlumat verdi. Ramilə Qurbanlı qeyd etdi ki, fondun bu cür layihələr həyata keçirməsində məqsəd yeniyetmələrin və gənclərin mütaliəyə marağını stimullaşdırmaqdı. Bilik Fondu "İmzalı görüş" layihəsi çərçivəsində dövrümüzün aparıcı ictimai-siyasi xadimləri, yazıçıları, tanınmış simaları ilə görüşlər təşkil edir.

Görüşdə Bilik Fondunda təcrübə keçən gənclər, fondun "Gənc jurnalistlər", "Gənc tarixçilər"  klubunun üzvləri də iştirak edirdilər.

Yunus Oğuz yaradıcılığı və şəxsiyyəti haqqında gənclərə ətraflı məlumat verən AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, akademik  Nizami Cəfərov bildirdi ki, biz əvvəllər Yunus Oğuzu publisist kimi tanıyırdıq: "Bundan əlavə, Yunus Oğuzu müstəqillik dövründən fəaliyyət göstərən və tanınan  qəzetin və İnformasiya Agentliyinin rəhbəri kimi tanıyırıq. Amma sizin yaşınızdan əvvəl, təxminən siz yaşda Yunus Oğuz həm də bir ictimai -siyasi xadim kimi tanınırdı. Azərbaycanda Milli Azadlıq Hərəkatının öncüllərindən biri idi. Milli hərəkat öncülləri deyəndə bizim yaddaşımıza qarışıq, bəzən alovlu bir mühit gəlir. Çünki, 80 - ci illərin sonu 90 - cı illərin əvvəllərində çox mürəkkəb bir vəziyyətlə qarşı -qarşıya idik. Bu tək Azərbaycanda deyil, dünyada belə idi. Amma Yunus Oğuz o hərəkatda intellektual qola mənsub idi. Ona görə ki, çox yaxşı təhsil almışdı. Rusiyada Fəlsəfə fakültəsini bitirmişdi və o mühiti çox yaxşı bilirdi.

Yunus Oğuz gənc yaşlarında yaradıcılığa şair kimi başlayıb. Amma bu gün yazdığı mükəmməl tarixi romanlar sayəsində biz onu tarixi romanlar müəllifi kimi tanıyırıq. Fikrimcə, Yunus Oğuzun tarixi romanlar yazma səbəblərindən biri də odur ki, o dövrün ictimai-siyasi hadisələrinin içərisində oldu, öyrəndi, bu hadisələrin birbaşa iştirakçısı oldu, bizim tariximizi dərindən öyrəndi".

Nizami Cəfərov bildirdi ki, tarixi iki cür öyrənirlər: akademik tarixçilik. Bəzən buna, hücrə tarixçiliyi, universitet tarixçiliyi də deyirlər. Burda daha çox akademizim, faktlar, sxemlər, modellər öyrədilir. Tarixə müdaxilə edilmir, mümkün qədər tarixi necə varsa, o cür təqdim edirlər. Bu tarixçilik tamam başqadı. Bir də var tarixi ədəbiyyatlardan, romanlardan dinamik şəkildə öyrənmək. Yunus Oğuzun tarixçiliyi çox dinamikdi. Yunus Oğuzun tarixi romanlarında və tarixi pyeslərində ("Attila")  və ümumiyyətlə yaradıcılığında tarixi xronologiya mövcuddur.

Məsələn, Əmir Teymura həsr olunmuş romanındaYunus Oğuz çalışır ki, Əmir Teymurun həm ümumən türk dünyasındakı tarixi rolunu dəyərləndirsin, həm də Azərbaycanla birgə əlaqələndirsin. Biz bu romanın Daşkənddə çox geniş bir miqyasda təqdimatını və  müzakirəsini keçirdik. Təqdimatda Özbəkistanın ən məşhur tarixçiləri, ictimai xadimləri iştirak edirdilər. Özbəklər çox böyük iddia və həvəslə Əmir Teymurla fəxr edirlər. Onlar Əmir Teymuru türk dünyasına vermək istəmirlər. Yalnız özbək hesab edirlər. Amma Yunus Oğuz orda az qaldı ki, Əmir Teymurun azərbaycanlı olduğunu sübut eləsin. Müzakirələr zamanı çox mürəkkəb vəziyyət yaranmışdı. Amma Yunus Oğuz bunu bacardı. Amma daha sonra həmin əməkdaşlıq davam etdi".  


Xəbərə aid fotolar