"Qazprom" Ukrayna ilə bütün müqavilələri ləğv edəcəyini açıqlayıb


Dünya 02 Mar 2018 18:50:00 239 0

"Qazprom" Ukrayna ilə bütün müqavilələri ləğv edəcəyini açıqlayıb

Rusiyanın "Qazprom" dövlət enerji şirkəti Ukrayna ilə bütün müqavilələrin ləngimədən ləğv olunacağını bəyan edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu "Qazprom" İdarə Heyətinin sədri Aleksey Miller deyib. O bildirib ki, söhbət həm ukraynalı istehlakçılar üçün verilən qazdan, həm də Rusiya qazının Avropaya tranziti barədə Ukrayna ilə imzalanmış müqavilədən gedir. "Qazprom" Ukraynanın "Naftoqaz" dövlət şirkəti ilə bağlanmış müqavilələrin ləğvi üçün Stokholm arbitrajında dərhal müvafiq prosedurlara başlayacaq.  

A. Miller bu qərarı Stokholm Arbitraj Məhkəməsinin qəbul etdiyi qərarın "Qazprom"un maraqlarına qarşı yönəlməsi ilə izah edib: "Arbitrlər öz qərarlarını Ukrayna iqtisadiyyatının durumunun kəskin pisləşməsi ilə arqumentləşdiriblər. Biz Ukraynanın iqtisadi problemlərinin bizim hesabımıza həll olunmasına qətiyyətlə qarşıyıq. Belə vəziyyətdə mövcud müqavilələrin davam etdirilməsi "Qazprom" üçün iqtisadi baxımdan məqsədəuyğun deyil və əlverişsizdir".