İsveç millisinin məşqçisi: "Zlatan ötən yay mənə "yox" deyib"


İdman 02 Mar 2018 18:50:00 258 0

İsveç millisinin məşqçisi: "Zlatan ötən yay mənə "yox" deyib"

İsveç millisinin baş məşqçisi Yanne Anderson Zlatan İbrahimoviçin komandaya qayıtmasına münasibət bildirib. Goal.az xəbər verir ki, 55 yaşlı mütəxəsis ulduz futbolçunu yığmaya dəvət etməyəcəyinə işarə vurub.

"Zlatan ötən yay mənə "yox" dedi və bu qərarına hörmət edirəm. Onun milliyə qayıtması barədə xəbərlər şaiyələrdir. Axı, mən ona təklif göndərib rədd cavabı aldım".

36 yaşlı İbrahimoviç AVRO-2016-dan sonra milli karyerasını başa vurmuşdu.