Vidadi Zeynalovun məhkəməsi təxirə düşdü


Digərləri 02 Mar 2018 17:50:46 242 0

Vidadi Zeynalovun məhkəməsi təxirə düşdü

Ali Məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kassasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə iclası təxirə salınıb.

Son.az xəbər verir ki, vəkil Elxan Süleymanlının APA-ya verdiyi məlumata görə, V. Zeyanlov xəstə olduğu üçün iclas baş tutmayıb. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, V. Zeynalov Ali Məhkəməyə təqdim etdiyi şikayətdə ailə üzvlərinin bəzi əmlakları üzərinə qoyulan həbsin götürülməsini istəyib.