Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var


Siyasət 02 Mar 2018 17:02:00 246 0

Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var

Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 50.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan daimi seçki məntəqələrinin ümumi sayı 5641-dir, 5 günlük yaradılan, yəni müvəqqəti məntəqələr bura daxil deyil.

M.Pənahov qeyd edib ki, Azərbaycanda 337 min 870 məcburi köçkün seçici var:

"Ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir. Ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cü il təvəllüdlü Qurbanov Səftərdir".