Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsi razılaşdırıldı


Siyasət 02 Mar 2018 16:40:00 266 0

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsi razılaşdırıldı

Xəzəryanı ölkələr Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsini razılaşdırıb.

Son.az xəbər verir ki, Trend bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Moskvada Xəzərin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 50-ci iclası keçirilib.

Azərbaycanı bu iclasda maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasın yekununda Konvensiyanın layihəsi razılaşdırılıb və rus, fars və ingilis dillərindəki mətnlərin Beşinci Xəzər sammiti zamanı imzalanması üçün hazırlanmasına başlanılıb.

Xüsusi İşçi Qrupunun növbəti iclası Qazaxıstanda keçiriləcək.