Millimizin rəqibi yeni baş məşqçisini açıqladı


İdman 02 Mar 2018 16:28:00 261 0

Millimizin rəqibi yeni baş məşqçisini açıqladı

UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, yığma Bernard Şallanda həvalə olunub. 67 yaşlı isveçrəli mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Bernard Şallandın son iş yeri 2014-2015-ci illərdə rəhbərlik etdiyi Ermənistan yığması olub. Kosovo millisi 20 - 27 martda Fransanın paytaxtı Parisdə baş tutacaq hazırlıq prosesi çərçivəsində iki yoxlama matçında qüvvəsini sınayacaq. Yeni baş məşqçi martın 24-də Madaqaskar kollektivi ilə oyunda debüt edəcək. Kosovolular 3 gün sonra Burkina-Faso yığması ilə üz-üzə gələcək. Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.