Elşad Xose də yanan dispanserdə olub: "Gözümün önündə xeyli adam diridiri yandı"


Digərləri 02 Mar 2018 15:50:26 277 0

Elşad Xose də yanan dispanserdə olub: "Gözümün önündə xeyli adam diridiri yandı"

Xəbər verdiyimiz kimi bu gün - martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. Məsələ ilə bağlı reperlə əlaqə saxladıq, o, faktı təsdiq etdi:

"Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orada müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu.