Britaniyada həyat donub


Dünya 02 Mar 2018 15:59:45 296 0

Britaniyada həyat donub

Böyük Britaniyada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Londonla Brüssel və Paris şəhərləri arasında dəmir yolu rabitəsi kəsilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, güclü külək və şaxta ölkədaxili reyslərin də dayandırılmasına səbəb olub.

London metropoliteninin bəzi stansiyaları bağlanıb.

Bundan başqa, ölkənin hava limanlarında da ağır vəziyyət davam edir. Şotlandiyada Edinburq və Qlazqo aeroportları ümumiyyətlə işləmir.