Nazir: "Monteneqro Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"


Siyasət 02 Mar 2018 15:47:34 249 0

Nazir: "Monteneqro Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"

NATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.

Nazir qeyd edib ki, Monteneqro tərəfdaşlarla əməkdaşlıq yolu ilə beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına öz töhfəsini verməkdə davam edəcək:

"Monteneqro, həmçinin ATƏT-in Minsk qrupunun səyləri və BMT qətnamələrinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində yüksək səviyyəli konstruktiv dialoqun dəstəklənməsini davam etdirəcək".