Dərbəndin başçısına qarşı cinayət işi açılıb


Dünya 02 Mar 2018 15:14:27 279 0

Dərbəndin başçısına qarşı cinayət işi açılıb

O, səlahiyyət həddini aşmaqda ittham olunur

Dərbənd rayonunun başçısı Maqomed Cəilova qarşı cinayət işi açılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası İstintaq İdarəsi bildirib.

O, səlahiyyət həddini aşmaqda ittham olunur. 

İstintaqın məlumatına görə, M.Cəilov Dərbəndin başçısı səlahiyyətlərini icra edərkən qanunsuz olaraq yerli sakinlərdən ikisinə bir hektar torpaq sahəsini yardımçı təsərrüfat kimi verilməsi haqqında qərar imzalayıb. Onun bu qərarı yerli bələdiyyəyə 2,2 milyon rubl (386 min 919 dollar) ziyan vurub.