1 trln. dollarlıq ABŞ fondu kriptovalyuta bazarına girməyə hazırlaşır


İqtisadiyyat 02 Mar 2018 15:00:39 261 0

1 trln. dollarlıq ABŞ fondu kriptovalyuta bazarına girməyə hazırlaşır

Almaniya rəsmi olaraq bitkoini tanıyıb

Mərkəzi ofisi ABŞ-ın Boston şəhərində olan "Wellington Management" fondun kriptovalyutalarla ciddi maraqlanmağa başlayıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 1 trln. dollar məbləğində aktivləri olan fondun rəhbərliyi bəzi investisiya portfellərinə rəqəmsal valyutaları əlavə etmək barədə düşünür. 

Bu barədə Fondun səhm bazarları üzrə analitiki Metyu Lipton (Matthew Lipton) və texnologiyalar üzrə şöbə müdürü Li Saba (Lee Saba) fevral ayı üçün hazırladıqları məruzədə bildiriblər. Məruzəyə əsasən, bitkoin kimi törəmə alətlərində əməliyyatlar həyata keçirmək üçün artıq müvafiq sistem yaradılıb. "Wellington Management" həmçinin, kriptovalyutalarla bağlı şirkətlərə investisiya etməyə başlayıb. 

"Fond mayninq və blokçeyn texnologiyalarından faydalanmaq üçün portfel investisiyalarını diversifikasiya edib", - deyə məruzədə qeyd olunub. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Almaniyanın Maliyyə Nazirliyi bitkoini maliyyə aləti kimi tanıdığını açıqlayıb.