Başı 5 milyon dollar olan “qanuni oğru”: “Lazımdırsa, başımı kəsin”


Dünya 02 Mar 2018 15:00:00 332 0

Başı 5 milyon dollar olan “qanuni oğru”: “Lazımdırsa, başımı kəsin”

2016-cı ilin iyulunda həbs edilən Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, "Ded Xasan"ın varisi sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov və dəstəsinin işi üzrə məhkəmə yekunlaşır. Prokuror məhkəmədən "Şakro Molodoy"a 10 il həbs cəzası istəyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib.

Prosesdə "Şakro" ilə bərabər onun yaxın adamı, "İtaliyalı" ləqəbli "qanuni oğru" Andrey Koçuykov da ittiham olunur. O, son sözündə bütün günahları boynuna almağa razı olub. "Əgər kiminsə başına vurmaq üçün əmr varsa, mənim başımı kəsin" deyə, o bildirib. "Şakro Molodoy" isə son sözündə heç bir suç işləmədiyini söyləyib.

Son.az musavat-a istinadən xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, hökm martın 27-də elan olunacaq.

"Şakro" 2015-ci ilin dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən "Elements" restoranında baş verən atışmaya görə həbs edilib. Hadisə "Elements" restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə "Elements" restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı "Şakro"ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəflə "razborka"ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisəyə görə tutulan "İtaliyalı" ləqəbli Andrey Koçuykov həbs edilib. "Şakro" onun azadlığı üçün istintaqçılara 5 milyon dollar rüşvət verməyə razılaşıb. Amma onların sövdələşməsi baş tutmayıb.


Xəbərə aid foto