Bakıda 50 yeni avtobus dayanacağı yaradılıb


İqtisadiyyat 02 Mar 2018 14:45:45 261 0

Bakıda 50 yeni avtobus dayanacağı yaradılıb

Bu dayanacaqlardan 27-də pavilyon quraşdırılıb

Bakının Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində 50 yeni avtobus dayanacağı təşkil edilib. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu dayanacaqlardan 27-də pavilyon quraşdırılıb: "Məqsəd sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır".