İranda turistlər üçün vergi bahalaşır - Bu, iranlı turistlərin Azərbaycana gəlməsində problemlər yarada bilər


Digərləri 02 Mar 2018 14:33:00 237 0

İranda turistlər üçün vergi bahalaşır - Bu, iranlı turistlərin Azərbaycana gəlməsində problemlər yarada bilər

"İrandan Azərbaycana gələn turistlərin sayı ilbəil artır, lakin əvvəlki illərdən fərqli olaraq, bu il artımın müşahidə ediləcəyi gözlənilmir".

Bakı. İlhamə İsabalayeva - "İrandan Azərbaycana gələn turistlərin sayı ilbəil artır, lakin əvvəlki illərdən fərqli olaraq, bu il artımın müşahidə ediləcəyi gözlənilmir". Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırovun sözlərinə görə, İran qanunvericiliyinə uyğun olaraq, bu ölkənin vətəndaşları xarici səyahətlərə gedərkən dövlətə müəyyən qədər vergi ödəyir. Hazırda İrandan başqa ölkəyə təyyarə ilə səfər edənlər 15 dollara, quru nəqliyyatı ilə gedənlər isə 7 dollara yaxın vergi ödəyirlər. AzTA sədri qeyd edib ki, İranın turizm şirkətlərinin verdiyi məlumatlara görə, martın 20-dən bu vergi bahalaşacaq. Təyyarə ilə gedənlər 45 dollar, quru nəqliyyatı ilə xaricə səfər edənlər isə 15-20 dollar vergi ödəməli olacaqlar.