İnvestorlar inkişaf etməkdə olan ölkələrin birjalarından 5,8 mlrd. dollar çıxarıblar


İqtisadiyyat 02 Mar 2018 14:24:58 361 0

İnvestorlar inkişaf etməkdə olan ölkələrin birjalarından 5,8 mlrd. dollar çıxarıblar

Borc alətlərinə investisiyalar 12,5 dəfə azalıb

Bu ilin fevral ayında xarici investorlar inkişaf etməkdə olan ölkələrin fond birjalarından 5,8 mlrd. ABŞ dolları məbləğində vəsait çıxarıblar. 

"Report" "Beynəlxalq Maliyyə İnstitutu"na (IIF) istinadən xəbər verir ki, bu, 2015-ci ilin avqust ayından sonra maksimal göstəricidir. 

Həmçinin ötən ay inkişaf etməkdə olan ölkələrin fond birjalarına 14 aylıq kapital axınından sonra ilk dəfə əks proses yaşanıb. 

Ümumiyyətlə isə, fevralda xarici investorlar inkişaf etməkdə olan ölkələrdəki aktivlərini 4,5 mlrd. dollar azaldıblar. 

"İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artıma və investorların risk iştahının artmasına baxmayaraq, fevral ayında yaşanan qeyri-sabitlik kapital axını baxımından ehtiyatlılığı önə çıxardıb", - deyə IIF-nin açıqlamasında bildirilir.

Qeyd edək ki, fevral ayında xarici investorların inkişaf etməkdə olan ölkələrin borc alətlərinə investisiyaları yanvar ayı ilə müqayisədə 12,5 dəfə azalaraq 1,3 mlrd. dollara düşüb.