Deputat: Artıq erməni lobbisi də təsdiq edir ki, Xocalı soyqırımını məhz Ermənistan silahlıları törədib


Digərləri 02 Mar 2018 14:29:35 231 0

Deputat: Artıq erməni lobbisi də təsdiq edir ki, Xocalı soyqırımını məhz Ermənistan silahlıları törədib

Bu gün başda Serj Sarkisyan olmaqla Errmənistan rəhbərliyində təmsil olunanlar körpə, qoca, qadın, köməksiz insanların qatilləridir.

Bakı. Samir Əli - ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə erməni lobbisinin rəhbərlərindən birinin Xocalı soyqırımı ilə bağlı etirafı gözləniləndir. Bunu Trend-ə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, son vaxtlar Ermənistanda istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslər Ermənistan siyasi hakimiyyətinin onları uçuruma sürükləməsi barədə açıqlamalar verirlər: "Onların da içərisində bir az ədalətli olanları var və bu, qənaətbəxş haldır. Əslində bu faciənin ermənilər tərəfindən törədilməsini 1992-ci il fevralın 27-də ermənilər etiraf etmişdi. Həmin vaxt Zori Balayan kimi türk qanına susamış erməni cani etiraf etmişdi ki, dostu Xaçaturla birlikdə Xocalıda körpə türk uşağını divara mismarlayaraq işgəncə veriblər. Digər bir livanlı erməni jurnalist isə etiraf etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib. Amma onlar həmin vaxt dərk etmirdilər ki, nə deyirlər, ermənilərin törətdikləri vəhşilik nədir. Onlara bu faciənin miqyası sonradan çatdı. Amma bu gün erməni lobbisinin rəhbərlərindən biri də təsdiqləyir ki, Ermənistan dövləti, Ermənistan silahlı qüvvələri Xocalıda soyqırım törədiblər və Ermənistana rəhbərlik edənlər və onların ətrafları bu soyqırımda iştirak ediblər". Millət vəkili vurğulayıb ki, bu gün başda Serj Sarkisyan olmaqla Errmənistan rəhbərliyində təmsil olunanlar körpə, qoca, qadın, köməksiz insanların qatilləridir: "Ermənistanı müdafiə edən, himayə edən dövlətlər ədalətlidirlərsə, bundan nəticə çıxarsınlar. Amma bu günə qədər biz həmin dövlətlərin cinayətkarın yanında olduğunu görmüşük. Bu etirafların sayı getdikcə çoxalacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin