Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı başsağlığı verib


Siyasət 02 Mar 2018 13:43:00 222 0

Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı başsağlığı verib

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Şurasının məlumatında deyilir.

T.Yaqland baş verən hadisə ilə əlaqədar dərindən kədərləndiyini bildirib:

"Mən öz adımdan və Avropa Şurasının adından həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı bildirirəm. Avropa Şurası bu faciəvi anda Azərbaycan xalqının yanındadır".